Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycanın bank sektorunun aktivləri azalmaqda davam edir

Azərbaycanın bank sektorunun aktivləri azalmaqda davam edir

Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 29 769,1 milyon manat təşkil edib. 

Azinforum.az  Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,3% az, ötən il mayın 1-nə nisbətən isə 7,7% çoxdur.
Bankların aktivlərinin 11 261,5 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 15,4% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 35,3%-dən 37,8%-ə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,5% artaraq 25 349,3 milyon manata, o cümlədən depozit portfeli 10,9% artaraq 18 801,6 milyon manata çatıb. Bunun 8 625,2 milyon manatı fiziki, 10 176,4 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 10,4%, şirkətlərin banklardakı vəsaitləri isə 11,3% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 45,75% azalaraq 248,2 milyon manata düşüb.
Sektorun cəmi kapitalı isə 14,2% artaraq 4 419,8 milyon manata çatıb. 

Həmçinin oxuyun

Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tətqiqatlar Mərkəzinin hesablamalarına görə, Ermənistanın işğalı nəticəsində Azərbaycanın kənd təsərrüfatına 20 …