Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanın Avropa ilə ticarət dövriyyəsi azalıb

Azərbaycanın Avropa ilə ticarət dövriyyəsi azalıb

Bu ilin yanvar ayında Azərbaycanın ümumi idxalında Avropa İttifaqı ölkələrinin payı 15,5%, ümumi ixracdakı payı isə 39,5% olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə həm idxal, həm də ixracda Avropa İttifaqı ölkələrinin payı azalıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar ayında Azərbaycanın ümumi idxalında Avropa İttifaqı ölkələrinin payı 27,1%, ümumi ixracındakı payı isə 55,16% olub.
Onu da bildirək ki, yanvar ayında ümumi idxalın 28,1%-i, ümumi ixracın isə 5,5% MDB ölkələrinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə MDB ölkələriylə ticarətdə ciddi dəyişiklik olmayıb.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …