Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş investisiyaların həcmi artıb

Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş investisiyaların həcmi artıb

2023-cü il ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyalar 3 milyard 117.4 milyon ABŞ dolları təşkil edib.

Azinforum.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 1 milyard 964,8 milyon ABŞ dolları artıb. Belə ki, 2022-ci il ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 1 milyard 152.6 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycandan ən çox birbaşa investisiya Türkiyə iqtisadiyyatına yatırılıb. Hesabat dövründə Azərbaycandan Türkiyəyə 1 milyard 815.1 milyon ABŞ dolları investisiya yatırılıb ki, bu da illik müqayisədə 7.4 dəfə çoxdur.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …