Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycandan üz döndərən iranlı turistlər Türkiyəyə gedir – RƏQƏMLƏR

Azərbaycandan üz döndərən iranlı turistlər Türkiyəyə gedir – RƏQƏMLƏR

Türkiyə dünyada ən çox səfər edilən 10 ölkədən biri elan edilib. Bu ilin dörd ayında qonşu dövlətə 180 ölkədən 7,8 milyon turist gedib.

Türkiyəyə ən çox İran vətəndaşları səfər edib.

Hesabat dövründə Türkiyəyə 858 min 17 nəfər iranlı gedib. Sonrakı sırada 671 min 665 nəfərlə Almaniya, 651 min 228 nəfərlə Gürcüstan, 579 min  644 nəfərlə Bolqarıstan, 524 min 369 nəfərlə Rusiya vətəndaşları yer alıb. Göstərilən dövrdə Türkiyə İsrail, Çin, Yunanıstan, Rumıniya, Ukrayna və Azərbaycandan isə 100 min nəfər turist qəbul edib.

Qazaxıstan, Türkmənistan, ABŞ, Belçika, İtaliya, İsveç, Makedoniya, Polşa üzrə bu rəqəm 50 min nəfər təşkil edib. Müqayisə üçün bildirək ki, cari ilin yanvar-may ayları ərzində Azrəbaycana İrandan gələnlərin sayında 11,3 faiz azalma müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-may aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə, Oman vətəndaşlarının sayı 32,4 faiz, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 6,8 faiz artıb.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …