Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycandan Tramp üçün özəl hədiyyə – Ağ Evə göndərildi +Fotolar

Azərbaycandan Tramp üçün özəl hədiyyə – Ağ Evə göndərildi +Fotolar

Azərbaycanlı xalçaçı Dağlar Səfərov ABŞ-ın yeni seçilmiş 45-ci prezidenti Donald Trampın xalça üzərində portretini hazırlayıb.

” Azinforum.az ” lent.az-a istinadən xəbər verir ki, xalça bu gün Ağ Evə göndərilib.

Azərbaycanlı sənətkar D.Səfərov xalça üzərində noyabr ayından işlədiyini deyib. Bildirək ki, xalça yun materialından hazırlanıb.

D.Səfərov xalça ilə yanaşı Donald Trampa təbrik məktubu da göndərib. O məktubda vaxtilə ABŞ-ın eks prezidentləri Corc Buş, Barak Obamaya da məxsus xalça hazırladığını vurğulayıb.

D.Səfərov Trampı bir daha təbrik edərək ona can sağlığı arzu edib.

Sonda onu da əlavə edək ki, Dağlar Səfərov indiyədək onlarla dünya liderinin portretini hazırlayıb. Onların çoxu ilə təkbətək görüşüb.

Azərbaycandan Tramp üçün özəl hədiyyə -  Ağ Evə göndərildi +Fotolar
Azərbaycandan Tramp üçün özəl hədiyyə -  Ağ Evə göndərildi +Fotolar

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın