Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / İqtisadiyyat / Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı artıb

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı artıb

Rusiyanın Sverdlovsk vilayətinə Azərbaycan, Özbəkistan, Türkmənistandan kənd təsərrüfatı məhsullarının ixracı artıb.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

“Tərəfdaş ölkələrin (tədarüklərinin-red) payı əhəmiyyətli dərəcədə artıb: Özbəkistan – təxminən üç dəfə, Türkmənistan – təxminən iki dəfə. Azərbaycandan Sverdlovsk vilayətinə qarpız ixracı 10 dəfə artıb”, – Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) region üzrə rəis müavini Svetlana Terexova bildirib.

Qeyd edilir ki, Sverdlovsk vilayəti ərazisinə meyvə və tərəvəz ixrac edən əsas ölkələr: Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Ermənistandır.

Eyni zamanda qeyd edilir ki, Belarusun Rusiya ixracında payı 40 %-dən 80 %-ə yüksəlib.

Svetlana Terexova bildirib ki, ekzotik meyvələrin uzaq ölkələrdən birbaşa tədarükü dayanıb, lakin onların yerini ən yaxın tərəfdaş ölkələr tutub.

Həmçinin oxuyun

Azərbaycanın dövlət büdcəsinin xərcləri artdı

Birinci yarım ildə dövlət büdcəsinin xərcləri 11,6 faiz artaraq 12 milyard 936,6 milyon manat olub …