Ana səhifə / İqtisadiyyat / Azərbaycandan Rusiyaya 25,3 milyon yumurta ixrac edilib

Azərbaycandan Rusiyaya 25,3 milyon yumurta ixrac edilib

Rusiyaya ərzaq yumurtası tədarükü başlayandan indiyədək Azərbaycandan 25,3 milyon ədəd yumurta idxal edilib.

Rusiya KİV-i xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilib ki, martın 18-nə qədər Türkiyədən Rusiyaya 12,3 milyon ədəd yumurta tədarük olunub.

Rusiyanın Federal Statistika İnstitutunun (“Rosstat”) martın 13-də açıqladığı məlumata görə, bu ilin əvvəlindən ölkədə toyuq yumurtası 3,47 % ucuzlaşıb.

Qeyd edək ki, Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası 2023-cü ilin dekabrın 19-da “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə göndərilib.

Həmçinin oxuyun

Azərbaycanda tikinti materialları ucuzlaşdı – VİDEO

Bəzi tikinti materialları ucuzlaşıb.  Sahibkarlar bildiriblər ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində …