Çərşənbə , Avqust 21 2019
Ana səhifə / İqtisadiyyat / Azərbaycandakı ticarət obyektləri POS-terminal olmadan nağdsız ödəniş qəbul edə biləcəklər

Azərbaycandakı ticarət obyektləri POS-terminal olmadan nağdsız ödəniş qəbul edə biləcəklər

Azərbaycanda fəaliyyət göstərən ticarət obyektləri POS-terminal olmadan nağdsız ödəniş qəbul edə biləcəklər. Bunu “APA-Economics”ə maliyyə bazarındakı etibarlı mənbə deyib.

Mənbənin sözlərinə görə, bu əməliyyatları smartfona yazılan mobil əlavə vasitəsilə aparmaq mümkün olacaq.

“Burada mobil telefon POS-terminal rolunu oynayacaq. İstənilən sahibkar POS-terminal almadan mobil telefon vasitəsilə ödənişləri qəbul etmək iqtidarında olacaq. Alıcı təmassız texnologiyasını dəstəkləyən bank kartını smartfona yaxınlaşdıraraq ödəniş həyata keçirə biləcək”, – deyə mənbə qeyd edib.

Həmçinin oxuyun

“Nazirlik onları kimliyindən asılı olmayaraq çəzalandırılmalıdır” – Ekspert

““Relax” İstirahət Mərkəzində baş verənlər quldurluq faktıdır. Bu öz yerində. Ancaq məsələ bundadır ki, hətta …