Cümə axşamı , May 26 2022
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda Türkiyə şirkətinə cərimə protokolu yazıldı

Azərbaycanda Türkiyə şirkətinə cərimə protokolu yazıldı

“Aran Mobilya Dekorasyon İnşaat Sanayi ve Ticaret Limited Şirketi”nin Bakı filialına cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Hafiz Kamranovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Qeyd: Türkiyənin “Aran Mobilya Dekorasyon İnşaat Sanayi ve Ticaret Limited Şirketi” uzun müddətdir Bakıda fəaliyyət göstərir.

Həmçinin oxuyun

Deputatdan etiraz: “Qiymətləri belə qaldırmaq olmaz!”

Bakı və ətraf ərazilərdə faraş kartof və soğanın, eləcə də, digər kənd təsərrüfatı məhsullarının qiymətində …