Ana səhifə / İqtisadiyyat / Azərbaycanda tikinti materialları ucuzlaşdı – VİDEO

Azərbaycanda tikinti materialları ucuzlaşdı – VİDEO

Bəzi tikinti materialları ucuzlaşıb. 

Sahibkarlar bildiriblər ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində azalma müşahidə edilir. 

Lakin, buna baxmayaraq satıcılar alıcı sıxlığının azlığını da diqqətə çatdırıblar. 

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, qiymətlərdə azalma ən çox Rusiyadan gələn materiallarda özünü göstərir. 

Ekspertin fikrincə, digər tikinti materiallarının ucuzlaşması daşıma və əlavə xərclərlə əlaqədardır. 

Qum və sementin qiymətinin azalması isə yerli səbəblərlə bağlıdır. Bu sahələrdə sərt ekoloji və daşıma qaydalarının tətbiqi qiymətlərə təsir edir. 

Həmçinin oxuyun

İqtisadiyyatda şəffaflaşma davam etməlidir – TƏHLİL

İqtisadiyyatımızda şəffaflaşma prosesi genişləndikcə əmək müqavilələrinin, aktiv vergi ödəyicilərinin sayı getdikcə artır. Bu isə avtomatik …