Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda soğan da problemə çevrilib

Azərbaycanda soğan da problemə çevrilib

Azərbaycanın soğan istehsalçıları yetişdirdikləri məhsulu sata bilmədiklərindən şikayətlənirlər.

Xüsusilə Ağcabədi rayonunda bir sıra fermerlərin məhsulları əllərində qalıb. Onların sözlərinə görə, soğanı almaq üçün təklif olunan qiymət (hər 50 kiloqramlıq kisə üçün 3-5 manat) o qədər azdır ki, bu qiymətə onu harasa çatdırmağa belə dəymir. Odur ki, əllərdə qalaraq çürüyən məhsul yol kənarlarına atılır. 

Akif Nəsirli “Cebhe.info”-ya bildirib ki, soğan məsələsi bir qədər mübahisəlidir: 

“Öncə bildirmək istərdim ki, soğanın müəyyən ölçüləri və növləri var. Kiçik, böyük və orta ölcüdə olan müxtəlif növ soğan çeşidləri var. Bu növ soğan daha çox ixrac üçün istifadə edilir və qışa hazır olması üçün anbar şəraitində 5 və 6 ay saxlamaq olur. Həmin soğan qış və yaz aylarında xaricə ixrac edildiyi üçün daxili bazarda soğan azalırdı. Lakin limiti keçəndən sonra soğanın ixraçına qoyulan məhdudiyyətlərdən dolayı fermerlər soğanı ixrac edə bilmirlər. Daxili bazarda isə soğan çox olduğu üçün ucuzluq yaranıb”. 

Ekspert hesab edir ki, tək qonşu dövlətlərə yox, ərəb və Yaxın Şərq ölkələrinə soğan ixracının yolunu açmaq lazımdır:

“Ölkəmiz ən çox soğanı Rusiya bazarına ixrac edir. Bunun səbəbi Rusiya bazarının daha əlçatan və daha yaxın olmasıdır. Lakin soğan həm də Birləşmiş Ərəb Əmirliklərinə, İraq, Misir və s. ölkələrə ixrac edilə bilər. Yetər ki, soğanın keyfiyyəti və tərkibi qaydasında olsun. Bunun üçün də gömrük şərtləri və digər məsələlər asanlaşmalıdır”. 

Ekspert bildirib ki, soğanın satılmamasının səbəblərindən biri məhsulun keyfiyyətsiz olmasıdır:

“Bazardan soğan alırıq, görürük ki, az qala 70-80 faizi keyfiyyətsiz və ya xarabdır. Belə məhsulu ölkəmizin daxili bazarında satmaq olar. Lakin xaricə ixrac etmək üçün heç uyğun deyil. Çünki məhsul məsəfə qət edəndə daha da xarab olur”. 

Ekspert qeyd edib ki, dövlət fermer bazarında qiymətləri tənzimləyir: 

“Fermerlər soğanı dərhal ixrac etməyə çalışırlar. Lakin bunun qarşısını almaq üçün Nazirlər Kabineti qərar qəbul etmişdi. Qərara əsasən, fermerlərə kvota qoyularaq 1000 tondan artıq soğan ixracı qadağan edilib. Həmin qərar özünü doğrultsa da, yaxşı olardı ki, kənd təsərrüfatı məsələlərində operativ qərarları Nazirlər Kabineti yox, Kənd Təsərrüfatı Nazirliyi qəbul etsin”.

Həmçinin oxuyun

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi (UDAM) …