Şənbə , İyul 20 2019
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda sığorta ilə bağlı yenilik

Azərbaycanda sığorta ilə bağlı yenilik

Azərbaycanda sistem əhəmiyyətli sığortaçılar müəyyən ediləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-2020-ci illərdə sığortaçının bazar davranışı, potensialı və sığorta bazarında həcmi nəzərə alınmaqla, sistem əhəmiyyətli sığortaçının müəyyən edilməsi və onun fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə yeni mexanizmin tətbiq olunmasını təmin etməlidir.

Bu məqsədlə 2019-2020-ci illərdə sistem əhəmiyyətli sığortaçıların müəyyən edilməsi ilə bağlı qanunvericiliyin formalaşdırılması, sistem əhəmiyyətli sığortaçıların müəyyən edilməsi metodologiyasının hazırlanması və tətbiqi təmin olunacaq.

Həmçinin oxuyun

TAP-ın 88,5%-i tamamlanıb

İyunun sonuna Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) üzrə işlərin 88,5%-i …