Şənbə , Avqust 20 2022
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda SAXTA PENSİYA BİZNESİ… – İLGİNC İDDİALAR…

Azərbaycanda SAXTA PENSİYA BİZNESİ… – İLGİNC İDDİALAR…

Indicə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müavini Anar Əliyevin mətbuata açıqlamasını oxuyanda məəttəl qaldım. 
Məlumdur ki, təkcə son 2 ildə 8 mindən aratıq insanın pensiyası, müavinəti ləğv edilib, insanlar az qala çörəklə imthana çəkilirlər. Amma görün Sahil babayevin müavini Anar Əliyev utanıb-qızarmadan nə deyir:
Bu gün bəzi qüvvələr cəmiyyətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı mənfi fikir formaalaşdırmağa çalışır. Bu gün müxtəlif qüvvələr cəmiyyətdə belə bir fikir formalaşdırmağa çalışırlar ki, nazirlikdə guya əlilliyi olan şəxslərə qarşı kampaniya başlayıb və yaxud biz büdcə vəsaitlərinə hər hansısa bir formada qənaət etmək istəyirik.
Bu, əsla belə deyil. Bu gün əlilliyin müəyyən edilməsi nazirliyin tibbi-ekspert komissiyalarının səlahiyyətindədir və tələb tam şəffaf şəkildə əlilliyin qiymətləndirilməsi və təyinatının aparılmasıdır.
Xüsusi olaraq qeyd edim ki, həm I, həm də II Qarabağ müharibəsi zamanı yaralanmış şəxslərin müayinəsini əyani şəkildə həyata keçiririk ki, burada səhvlərə yol verilməsin. Bütün şikayətlərə baxırıq, bir-bir araşdırırıq ki, əsaslandırılmış şəkildə qərar qəbul edək. Sözsüz ki, aparılan islahatlar sosial sistemin genişləndirilməsinə və daha çox insanı əhatə etməsinə yönəlib. Bütün hallarda qanunvericiliyi təkmilləşdirərkən beynəlxalq təcrübəni və milli maraqlarımızı nəzərə alırıq.
Gördünüzmü, cənab nazir müavini öz hərəkətlərinə bəraət qazandırır, hətta kimlərisə ittiham edir. 
Biz Gündəlik-Bakı olaraq son bir-iki həftədə xeyli sayda təzə saxta əlillik alanların siyahısını cəmiyyətə təqdim etmişik. 
Yəni Sahil Babayev, Anar Əliyev kimi məmurlar 10 min insanın əlilliyini müxtəlif səbəblərlə ləğv edir. Amma yeni, təzə əlillərin sayı durmadan artır. 
Bəli, nazirlriyin rəhbərliyi düşünür ki, Səlim Müslümovun komandası rüşvət alaraq kimlərəsə əlillik verib. İndi onları ləğv edərək, yeni əlillər dəstəsi yaradılır və yenidən rüşvət yığılır. 
Yəni məqsəd heç də büdəcəyə qənaət-filan deyil, məqsəd yenidən milyonlar qazanmaqdır. 
Biz Gündəlik-Bakı olaraq, bu məsələni xeyli vaxtdır ciddi araşdırırıq. Bəli, rayondakı xəstəxanalar saxta sənədlərlə kimlərisə guya Ruhi dispanserdə yatmaq, kimlərisə böyrək xəstəliyi və s adı altında pensiyaya çıxarırlar. 
Redaksiyamıza daxil olan məlumata görə, saxta pensiyaların icraçılarından biri də Sahil Babayevin müavini Anar Əliyevdir. 
Bu adamın kimliyi ilə bağlı xırda bir araşdırma apardıq. 
1980-ci ildə Bakı şəhərində anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr pilləsini bitirib.
2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə fəlsəfə doktoru dərəcəsi alıb. 
2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.
Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb. 
Bəli, Anar Əliyevin nazirliyin Ekspertiza mərkəzində apardığı maxinasiyalar barədə araşdırmamız davam edir. 
Bizi izləyin. 
P.S. Axı biz demişdik ki, Karl Marksın “Kapital” əsəri tamamlanmayıb, çünki Sosializm dövründən qalan adamların hamısı deyirdi ki, “Mən Kapital əsərini nöqtə vergülünə qədər oxumuşam, məndən o yanası yoxdur” Amma, indi vəzifəyə təyin olunan adamları görəndə deyirəm ki, “Kapital” əsərinin sonuna Səkinə Sadıqova deməli bir cümlə artırmaq lazımdır. “Adamin adamı olsun gərək”. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 //gundelik-baku.com// 

Həmçinin oxuyun

Çörəyin qiymətində artım gözlənilir

Azərbaycanda yaxın günlərdə çörəyin qiymətində artım gözlənilir. Oxu.az xəbər verir ki, artımın 5 qəpik civarında …