Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda sabahdan benzinin qiyməti qalxacaq: 1,60, 1,90 AZN

Azərbaycanda sabahdan benzinin qiyməti qalxacaq: 1,60, 1,90 AZN

Azərbaycanda sabahdan etibarən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik ediləcək.

Belə ki, “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edəcək.

Ölkəmizdə premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub. 

Qeyd edək ki, “Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymətinin artması onun idxal dəyərinə və eləcə də respublikamızdakı satış qiymətinə də birbaşa təsir edir. 

Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi./Oxu.az

Həmçinin oxuyun

“ƏDV geri al”dan nə qədər vəsait qaytarılıb?

Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri …