Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / İqtisadiyyat / “Azərbaycanda rəqabət qanunları işləmir”

“Azərbaycanda rəqabət qanunları işləmir”

Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, qəlyan üçün tütünlər və tütün əvəzləyicilərinin, istehsal məqsədli tütünlər istisna olmaqla, digər çəkilməli tütünlərin hemogenləşdirilmiş və ya bərpa edilən, çeynənilən və ya buruna çəkilən tütünlərin hər kiloqramına görə aksiz qiyməti 30 manatdan 22 manata endirilib.

Maraqlıdır, aksizin endirilmsi tütünün qiymətinə necə təsir edəcək?

Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, normalda qiymətlər ucuzlaşmalıdır:

“Həmişə belə olub ki, aksizlər, vergilər, rüsumlar artan kimi qiymətlər artıb. Əgər rəqabətli mühit varsa, qiymətlərə təsir göstərməlidir, qiymətlərdə ucuzlaşma olmalıdır. Bir neçə gün sonra bilinəcək ki, bu mexanizm işləyir, ya yox. Əgər işləmirsə, bu lap pis. Buradan bilinəcək ki, Azərbaycan iqtisadiyyatında rəqabət qanunları işləmir”.

Həmçinin oxuyun

Azərbaycan neftinin qiyməti kəskin qalxdı

Azərbaycanın “Azeri LT CIF” markalı neftinin qiyməti 3.35 dollar bahalaşıb. Mia.az xəbər verir ki, hazırda “Azeri Light”in …