Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda qoyunların sayı AZALIB

Azərbaycanda qoyunların sayı AZALIB

Ötən ilin dekabrın 31-nə qədər Azərbaycanda bütün təsərrüfat kateqoriyaları üzrə keçi və qoyunların sayında 691 055 baş və ya 8.92 faiz azalma müşahidə olunub.

Bu barədə Dövlət Statistika Komitəsinin 2023-cü ili əhatə edən statistikasında əks olunub. 

Sənədə əsasən 2022-ci ilə onların ümumi sayı 7 751 668 baş, 2023-cü ilin sonuna qədər isə 7 060 613 baş olub. Bunun da 6 640 708 başı qoyun, 410 905 başını isə keçi təşkil edib. 

Bu heyvanların böyük hissəsi, yəni 910 361 ədədi Mil-Muğan iqtisadi rayonunun payına düşür.

Yerdə qalan 902 155 ədədi Qazax-Tovuz, 662 041ədədi Qarabağ, 621 157 ədədi Mərkəzi Aran, 596 019 ədədi Şirvan-Salyan, 535 659 ədədi Şəki-Zaqatala, 479 638 ədədi Gəncə-Daşkəsən, 454 938 ədədi Şərqi Zəngəzur, 441 954 ədədi Quba-Xaçmaz, 411 090 ədədi isə Lənkəran-Astara iqtisadi rayonlarının payına düşür.
Ötən il qoyun və keçilərin ümumi sayı kənd təsərrüfatı ilə məşğul olan müəssisələr üzrə 160 757 baş, dövlət müəssisələri üzrə 15 036 baş, qeyri-dövlət müəssisələri üzrə 145 721 baş təşkil edib. 

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …