Ana səhifə / İqtisadiyyat / Azərbaycanda məşhur brendin saxtası hazırlanır?

Azərbaycanda məşhur brendin saxtası hazırlanır?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti fiziki şəxs Nağıyev Teyran Marif oğlu barəsində araşdırmalar aparır.
Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, araşdırma “Sinteks” MMC-nin müraciəti əsasında başlayıb.
Bildirilir ki, qanun pozuntusu “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü abzasının və 9-cu maddəsinin 2-ci abzasının tələblərinin pozulması əlamətləri üzrədir.
“Sinteks” MMC şikayət ərizəsində bildirib ki, “DAMA S.P.A” şirkətinə məxsus “PAUL & SHARK yachting” və “HUGO BOSS Trade Mark Management GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından fiziki şəxs Teyran Nağıyev Marif oğlu qanunsuz istifadə edib.
Qeyd edək ki, 1924-cü ildən Almaniyada istehsal edilən “Hugo Boss” geyimlərinin  dünyanın 110 ölkəsində 6 100 satış nöqtəsi var.

Həmçinin oxuyun

Azərbaycanda tikinti materialları ucuzlaşdı – VİDEO

Bəzi tikinti materialları ucuzlaşıb.  Sahibkarlar bildiriblər ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində …