Cümə , Oktyabr 30 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda məşhur bankın adı dəyişdi

Azərbaycanda məşhur bankın adı dəyişdi

Sabahdan Azərbaycanda fəaliyyət göstərən banklardan birinin adı dəyişir.

“Qafqazinfo” xəbər verir ki, “Bank Silk Wey” artıq “Premium Bank” adı altında xidmət göstərəcək.

Qeyd olunur ki, bankın adının dəyişməsi onu müştərilər, əməkdaşlıq etdiyi tərəflər qarşısında yaranmış hüquq və öhdəliklərdən azad etmir, istifadədə olan kart məhsullarının xidmətini dayandırmır və bankın rekvizitləri (VÖEN, SWIFT kod, müxbir hesab, ünvan, əlaqə nömrələri və sair) dəyişməz olaraq saxlanılır.

Xatırladaq ki, bank fəaliyyətinə 1994-cü ildən “Azal Səhmdar Kommersiya Bankı” adı altında başlayıb. 2008-ci ildən onun hüquqi varisi olaraq “Bank Silk Way” ASC adı altında fəaliyyət göstərib.

Həmçinin oxuyun

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç …