Çərşənbə , Mart 22 2023
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda kredit faizləri yenidən arta bilər

Azərbaycanda kredit faizləri yenidən arta bilər

“Mərkəzi Bankda hesab edirlər ki, depozit gəlirlərində güzəştlərin ləğvindən sonra banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Yəni, güzəşt müddəti uzadılmasa, əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda banklar depozitlər üzrə faizləri artıracaq. Bank vətəndaşa daha çox dividend ödəyəcək ki, vergi çıxılandan sonra onun depozit gəlirində azalma baş verməsin”.

Bu fikirləri deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda kredit faziləri yenidən arta bilər:

“Mərkəzi Bank özünün metodologiyasında bank kreditlərinin faizlərinin yüksək olmasını depozitlərin bahalılığı ilə əlaqələndirir. Deməli, depozit faizlərinin artması kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacaq. Yəni, əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda kreditlər bahalaşacaq.

Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 19 milyard 594 milyon manatdır. Ölkə üzrə orta kredit faizi 14.13 faiz, ən bahalı kreditlər isə Mil-Muğan iqtisadi rayonundadır – 20.43 faiz. Bu rəqəmlər təbii ki, orta kredit faizləridir. İstehlak kreditləri üzrə faizlər qeyd olunanlardan daha yüksəkdir”.

V.Bayramov onu da qeyd edib ki, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilib:

“Belə ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi. Ancaq bu müddət dünən başa çatıb”.

Həmçinin oxuyun

Qazaxıstan Rusiyadan yan keçərək Azərbaycana neft çatdırdı

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və kütləvi anti-Rusiya sanksiyaları fonunda Qazaxıstan nefti Rusiyadan yan keçməklə Xəzər …