Ana səhifə / İqtisadiyyat / Azərbaycanda kredit faizləri əmanət faizlərindən 3,2 dəfə çoxdur

Azərbaycanda kredit faizləri əmanət faizlərindən 3,2 dəfə çoxdur

Bu ilin aprel ayının əvvəlinə olan sonuncu məlumata görə banklar tərəfindən verilən kreditlərin orta illik faiz dərəcəsi milli valyuta üzrə 14,38%, xarici valyuta üzrə isə 5,31% olub.
Belə ki, kredit faizləri əmanət fazilərindən dəfələrlə yüksəkdir.
Banklar əmanətləri əhalidən milli valyutada 5,28%-lə, xarici valyutada isə 1,36%-lə qəbul ediblər.
Rəqəmlərdən də göründüyü kimi kredit faziləri əmanət fazilərini milli valyutada 2,7 dəfə, xarici valyutada isə 3,9 dəfə üstələyir. Nəticədə kreditlərin orta illik faiz dərəcəsi əmanətlərin orta illik faiz dərəcəsindən 3,2 dəfə çox olub.

Həmçinin oxuyun

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Azərbaycanın xarici dövlət borcunun 10 milyard ABŞ dolları artırılması imkanları nəzərdən keçirilir. Bunu maliyyə naziri Samir Şərifov …