Cümə , Oktyabr 23 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda istehlak bazarının dəyəri 2%-dən çox artıb

Azərbaycanda istehlak bazarının dəyəri 2%-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçıların tələbatının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 7 mlrd. manat təşkil edib. 

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,3% çoxdur. 

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 2,3% artaraq 6,8 mlrd. manata bərabər olub. Bunun isə 47,5%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. 

2 ay ərzində istehlak bazarında bir istehlakçı orta hesabla ayda 357 manatlıq və yaxud 1 il əvvələ nisbətən 10,4 manat çox dəyərə malik əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …