Azinforum.az Apa-ya istinadən xəbər verir ki, bunu Tbilisidə keçirilən beynəlxalq “İpək yolu” forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. O bildirib ki, növbəti 5 ildə Azərbaycanda mövcud infrastruktur daha da inkişaf etdiriləcək: “Bu məqsədlə təxminən 3 milyard dollara yaxın vəsaitin ayrılması nəzərdə tutulur”.

C. Qurbanov əlavə edib ki, Azərbaycanda yeni gəmiqayırma zavodu tikilir: “2019-cu ildə Azərbaycanın 15 bərəsi olacaq və onların köməyi ilə 6-7 milyon ton yük daşımaq mümkün olacaq”.