Şənbə , Oktyabr 31 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda ilk dəfə milli pomidorlar yetişdirilir – “Bönövşə, Şəlalə…”

Azərbaycanda ilk dəfə milli pomidorlar yetişdirilir – “Bönövşə, Şəlalə…”

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun müasir innovativ toxumçuluq istixanalarında respublikamızda ilk dəfə pomidorun yeni sort və hibridlərinin yaradılması istiqamətində iş aparılır.

Bu barədə tərəvəzçilik elmi-tədqiqat institutunun direktoru Elmar Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, institutun istixanalarında dünyanın müxtəlif ölkələrində yetişdirilən pomidorlardan seleksiya üsulu ilə keyfiyyətli toxumlar əldə edilir: “Ölkəmizdə ilk dəfə institutumuzda seleksiya toxumçuluq işləri dünyada mövcud olan ən müasir, yeni innovativ üsullarla həyata keçirilir. Hazırda pomidorun 150-dək sort nümunəsi üzərində iş aparılır. Alınan yeni sort və hibridlər əvvəlcə yoxlanılır, keyfiyyəti, məhsuldarlığı, xəstəliyə davamlılığı yüksək olanlar qeydiyyata alınır və toxumları əldə edilir. “Bənövşə”, “Şəlalə” və “Şahin” sortları məhz müasir seleksiya üsulu ilə alınan ilk milli sortlardır və qeydiyyatdan keçirilib. Məhsuldarlıqları digərləri ilə müqayisədə 30-40 faiz çoxdur”.
Qeyd edək ki, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bir müddət öncə laboratoriya şəraitində virussuz sağlam kartof toxumları da əldə olunub. (AzərTac)

Həmçinin oxuyun

Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb

Sahibkarların maliyyə əlçatanlığının artırılması, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunun sürətləndirilməsi, maliyyə-bank sektorunun canlanması, …