Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda ilk dəfə Bioplastik zavod tikiləcək – VİDEO

Azərbaycanda ilk dəfə Bioplastik zavod tikiləcək – VİDEO

Azərbaycanda ilk Bioplastik zavod tikiləcək. Bu gün zavodun tikintisinə dair ilkin müqavilələr imzalanıb. 
Azərbaycanda Bioplastik zavod tikintisi üçün İnnovasiyalar Agentliyinin dəstəyi ilə “TechnipFMC” və “Yeni Kapital” şirkətləri arasında bioplastik – PLA layihəsinə dair ilkin müqavilə imzalanıb.  
Tikintinin Yüksək Texnologiyalar Parkında aparılması nəzərdə tutulur. Bu, layihəyə vergi və gömrük güzəştlərini təmin edəcək.   
Bioplastik ətraf mühitə və insan sağlamlığına təhlükə yaratmır. Onun istehsalı nəticəsində təbiətə buraxılan karbon qazının həcmi sıfıra bərabərdir. Layihə sayəsində Azərbaycana hər il 100 milyon dollardan çox valyuta daxil olması gözlənilir. 
Zavodun tikinti və quraşdırılmasında 1000-dən artıq mühəndis və inşaatçı çalışacaq.  

Həmçinin oxuyun

Xudafərinin iqtisadi və geosiyasi əhəmiyyəti… (ŞƏRH)

Azərbaycan Ordusunun ardıcıl qələbəsi nəticəsində Xudafərin körpüləri işğaldan azad olunub. Bununla Azərbaycan tarixi torpağına qovuşmaqla …