Ana səhifə / İqtisadiyyat / Azərbaycanda hotellərin 82%-i “boş qalıb”

Azərbaycanda hotellərin 82%-i “boş qalıb”

2024-cü ilin ilk üç ayında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 17,8 faiz səviyyəsində olub.

Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövründəki 13.4 faizlə müqayisədə artıb.

Məlumata görə, mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə Şabranda 45,5 faiz, Qusarda 41,3 faiz, Bakıda 30,6 faiz, Naftalanda 29,8 faiz, Saatlıda 24,8 faiz, Sabirabadda 20,8 faiz, Beyləqanda 20,4 faiz, Ağcabədidə 20,2 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

2024-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 41,9 faiz artaraq 779,4 min olub. Gecələmələrin ümumi sayının 64,7 faizi Bakıda, 9,3 faizi Qusarda, 4,0 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Şabranda, 3,0 faizi Qəbələdə, 1,8 faizi Lənkəranda, 1,1 faizi Gəncədə, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 7,6 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 40,2 faiz artaraq 433,4 min olub ki, bu da ümumi gecələmələrin 55,6 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 17,8 faizi Hindistan, 17,3 faizi Rusiya Federasiyası, 9,0 faizi Türkiyə, 7,1 faizi Birləşmiş Ərəb Əmirlikləri,  6,3 faizi Səudiyyə Ərəbistanı, 3,7 faizi Küveyt, 2,7 faizi Qazaxıstan, 2,7 faizi Böyük Britaniya, 2,4 faizi ABŞ, 2,3 faizi Pakistan, 2,3 faizi Çin, 1,7 faizi Özbəkistan, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 1,1 faizi Gürcüstan, 1,0 faizi Bəhreyn, 0,9 faizi İsrail, 0,8 faizi Qətər, 0,8 faizi Ukrayna, 0,7 faizi Belarus, 0,7 faizi Litva, 0,6 faizi Fransa, 0,6 faizi Polşa, 0,6 faizi İran, 0,6 faizi Oman, 13,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,9 faizi Bakıda,  8,8 faizi Qusarda, 3,1 faizi Naftalanda, 2,9 faizi Qubada, 2,5 faizi Qəbələdə, 0,4 faizi Şabranda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

2024-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 31,1 faiz artaraq 111,7 milyon manat olub ki, onun da 58,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,9 faizi ictimai iaşə xidmətlərindən, 3,6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 11,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Həmçinin oxuyun

İqtisadiyyatda şəffaflaşma davam etməlidir – TƏHLİL

İqtisadiyyatımızda şəffaflaşma prosesi genişləndikcə əmək müqavilələrinin, aktiv vergi ödəyicilərinin sayı getdikcə artır. Bu isə avtomatik …