Cümə , Avqust 19 2022
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda hansı avtomobillərə tələbat daha çoxdur? – VİDEO

Azərbaycanda hansı avtomobillərə tələbat daha çoxdur? – VİDEO

Yeni ilin ilk günlərində maşın bazarında durğunluq yaşanır. Satışa xeyli sayda avtomobil çıxarılsa da, alıcılıq qabiliyyəti aşağıdır. Satıcılar bunu bayram günləri ilə əlaqələndirirlər. Alıcılar isə başqa fikirdədilər. Onların sözlərinə görə qiymət artımı bazara üz tutanların sayına təsir edib. Bəs maşın bazarında hansı avtomobillərə tələbat çoxalıb və alıcılar daha çox necə maşınlara üstünlük veririlər?

Bazara çıxarılan yüzlərlə avtomobil yeni sahiblərini gözləyir…

Maşın bazarında kifayət qədər satıcı olsa da, alıcılarla bağlı eyni sözləri demək olmur. Bayram günlərində bazarda durğunluq yaşanır.

Satıcıların sözlərinə görə alıcılar əsasən az yanacaq işlədən avtomobillərə üstünlük verirlər. Bazarda ötən əsrə aid nəqliyyat vasitəsini satışa çıxaran da var idi.

Uzaq məsafə qət edib bölgələrdən paytaxta maşın almağa gələnlər qiymətlərin yüksək olmasından şikayətlənirlər. Deyirlər ki, əvvəlki illərlə müqayisədə fərq açıq-aşkar hiss olunur.

Satıcılar bayram günlərindən sonra alıcılıq qabiliyyətinin yüksələcəyinə ümid edirlər.

Həmçinin oxuyun

Çörəyin qiymətində artım gözlənilir

Azərbaycanda yaxın günlərdə çörəyin qiymətində artım gözlənilir. Oxu.az xəbər verir ki, artımın 5 qəpik civarında …