Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi artıb

Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi artıb

2019-cu ilin dekabr ayında Azərbaycanda əmanətlərin ümumi həcmi 24,746 milyard manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,6 faiz çoxdur.

Trend-in Azərbaycanın Mərkəzi Bankının hesabatına istinadən verdiyi məlumata görə, qeyri-maliyyə təşkilatlarının əmanətlərinin həcmi 2018-ci ilin dekabr ayına nisbətən 16,9 faiz artaraq 14,381 milyard manat olub.

Fiziki şəxslərin əmanətlərinin həcminə gəldikdə isə, burada da 3 faiz, 8,64 milyard manata qədər artım müşahidə olunur.

2019-cu ilin dekabr ayının nəticələrinə görə, xarici valyutadakı əmanətlər 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 15,09 milyard manat təşkil edib.

Milli valyutadakı əmanətlər də 2018-ci ilin dekabr ayına görə 21,5 faiz artaraq 9,6655 milyard manata çatıb.

Həmçinin oxuyun

Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tətqiqatlar Mərkəzinin hesablamalarına görə, Ermənistanın işğalı nəticəsində Azərbaycanın kənd təsərrüfatına 20 …