Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda dövriyyədə neçə ödəniş kartı var?

Azərbaycanda dövriyyədə neçə ödəniş kartı var?

Bu il avqustun 1-nə ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin analoji dövrü ilə müqayisədə 20 faiz artaraq 15 milyonu ötüb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova sentyabrın 6-da Bakıda keçirilən Azərbaycan-Türkiyə fintex forumunda deyib.

O bildirib ki, hesabat dövründə ölkə daxilində bu kartlarla aparılan nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 24 milyard manata çatıb:

“Ölkə daxilində kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi ötən ilin eyni dövrünə nisbətən 12,3 faiz bəndi artaraq 53 faizə bərabər olub.

Daha bir maraqlı göstərici isə bu gün post-terminallarda aparılan hər 4 əməliyyatdan birinin token əməliyyatı, yəni mobil telefonlar və ya digər ağıllı cihazlar vasitəsilə olmasıdır.

Bu isəAzərbaycan əhalisinin innovasiyalara açıq olduğunu göstərir”.

Həmçinin oxuyun

Azərbaycan neftinin qiyməti kəskin qalxdı

Azərbaycanın “Azeri LT CIF” markalı neftinin qiyməti 3.35 dollar bahalaşıb. Mia.az xəbər verir ki, hazırda “Azeri Light”in …