Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda dövlət büdcəsinin kəsiri maksimal həddən 34 mln. manat az olub

Azərbaycanda dövlət büdcəsinin kəsiri maksimal həddən 34 mln. manat az olub

Azərbaycanın 2017-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiq edilmiş proqnoza qarşı 98% səviyyəsində icra olunub və müvafiq olaraq 16 447 mln. manat və 17 588 mln. manat təşkil edib.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, büdcə proqnozu ilə nəzərdə tutulan mədaxil mənbələrindən 736 mln. manat az vəsait daxil olmasına baxmayaraq, gömrük daxilolmalarının 16% və ya 359 mln. manat çox olması, əlavə həcmdə dövlət qısamüddətli istiqrazlarının daxili bazarda satılması və büdcə xərclərinin səmərəliliyinin artırılması hesabına büdcə təşkilatlarının təqdim etdiyi məxaric sifarişləri dövlət büdcəsinin təsdiqlənmiş xərcləri çərçivəsində tam icra olunub.

“Dövlət büdcəsinin kəsiri təsdiqlənmiş yuxarı həddən 34 mln. manat az olub. İcmal büdcənin icrasında əldə edilmiş müsbət dinamika xüsusilə qeyd olunmalıdır. Belə ki, təsdiqlənmiş icmal büdcənin kəsiri 7,6 mlrd. manat və ya ÜDM-in 11,1%-i səviyyəsində proqnozlaşdırılırdısa, ilin nəticələrinə əsasən, həmin kəsir ÜDM-in 1,5 %-inədək daralaraq 1 mlrd. manat təşkil edib”, – S.Şərifov əlavə edib.

O qeyd edib ki, 2017-ci ildə sosial sahənin prioritet qaydada maliyyələşdirilməsi məqsədi ilə 5 052 mln. manat və ya dövlət büdcəsi xərclərinin 28,7%-i həcmində vəsait yönəldilib.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2017-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 326 mln. manat, o cümlədən dövlət büdcəsindən 221 mln. manat, Dövlət Neft Fondunun büdcəsindən 105 mln. manat vəsait ayrılıb.

Dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 2 690 mln. manat vəsait yönəldilməklə, nəzərdə tutulan bütün layihələrin maliyyələşdirilməsi təmin edilib.

Həmçinin oxuyun

SOCAR-da özəlləşdirmə qaçılmazdır – TƏHLİL

Prezident İlham Əliyev keçən il avqustun 6-da keçirdiyi müşavirədə qeyd etmişdi ki, dövlət şirkətlərində kifayət …