Cümə , Dekabr 8 2023
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda dollarla bağlı banklara etibar azalıb, yoxsa…

Azərbaycanda dollarla bağlı banklara etibar azalıb, yoxsa…

“Vətəndaşların banklardakı xarici valyutalarda olan əmanətlərinin həcmi azalıb”. 

Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov parlamentin bugünkü plenar iclasında 2024-cü il üzrə dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.

Baş bankir qeyd edib ki, fiziki şəxslərin xarici valyutada olan əmanətləri 4 faiz bəndi azalaraq 35.1 faizə enib. Hüquqi şəxslərdə isə azalma 10.8 faiz bəndi təşkil edib”. 

Taleh Kazımov qeyd edib ki, narahatlıq doğuran əsas məsələ fiziki şəxslərin əmanətlərin strukturudur: 

“Bu ilin fevral ayında vergi güzəşti bitdikdən sonra fiziki şəxslərin 30 min manata olan depozitlərində artım tempi azalıb. Vergi Məcəlləsində təklif olunan dəyişiklərdə bu fiziki şəxslərin stimullaşdırılması təklif olunur. Ümid edirik ki, bu təkliflərlə mövcud problemin qismən də olsa həllinə nail ola biləcəyik”.

Qeyd edək ki, cari ildə ölkədə bir neçə bankın lisenziyası ləğv edilib.

Bu gün banklarda xarici valyutada olan əmanətlərin sayının azalması banklara olan etibarın azlığından irəli gəlir? 

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında xarici valyutada əmanətlərin azalmasının səbəbini milli valyutada əmanətləri daha çox olmasıyla izah edib: 

“Bunun da səbəbi odur ki, xarici valyutada əmanətlər üzrə faiz dərəcələri aşağı düşüb. Yəni banklar xarici valyutada təxminən 1-2 faizlə qəbul edirlər. Ancaq milli valyutada isə 10-12 faizlə qəbul aparılır. Bu da onunla bağlıdır ki, insanlarda milli valyutanın sabitliyinə inam indi daha çoxdur. Belə ki, dünyada baş verən hadisələr, neft qiymətlərinin təxminən sabitliyi, düşmə ehtimalının az olmasını düşünərək insanlar qərara gəlir ki, milli valyuta üçün təhlükə də azdır.

Ümumilikdə dəyişiklik köklü dəyişiklik deyil və 4 faizdir. İlin əvvəlindən banklarda əmanətlər milli valyutada 1 milyarda yaxın artıb. Əgər ilin əvvəlində banklarda əhalinin 11 milyard 743 milyon manat əmanəti var idi. Ancaq oktyabrın 1-nə isə 12 milyard 705 milyon manat təşkil edib”. 

Həmçinin oxuyun

Britaniya Azərbaycana 35 milyard dollar investisiya yatırıb

Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi …