Ana səhifə / İqtisadiyyat / Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşınması 16% artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşınması 16% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 1 milyon 273,9 min ton yük daşınıb, 4 min nəfər sərnişin daşıyıb.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15,9 % və 42,9 % çoxdur.

Yüklərin 50,5 %-ni neft və neft məhsulları təşkil edib.

Hesabat dövründə dəniz limanları 2 milyon 72,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirib. Yüklərin 1 milyon 658,9 min tonunu və yaxud 80 %-i tranzit yüklər təşkil edib.

Martın 1-nə qədər limanlarda qalan yüklərin həcmi 136,4 min ton olub.

Həmçinin oxuyun

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələri birləşdiriləcək? – Açıqlama

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsi istiqamətində proyekt üzərində işlər yekunlaşmaq üzrədir və tezliklə …