Ana səhifə / İqtisadiyyat / Azərbaycanda çörək qıtlığı yarana bilər?

Azərbaycanda çörək qıtlığı yarana bilər?

“Rusiyaya qarşı sanksiyalar Azərbaycanda bahalaşmaya səbəb ola bilər”.

Bu sözləri Bakupost.az -a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

O, qiymət artımının səbəbini də açıqlayıb: “Çünki bir çox məhsul Azərbaycanda istehsal olunmur, onları idxal edirik. Dünyada da qiymət artımı davam edir.

Qiymət artımının qarşısını almaq üçün Azərbaycan hökuməti iclas keçirdi. İqtisadiyysat Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən çox böyük işlər görüldü.

Rusiya və Ukrayna gərginliyi nə qədər tez stabilləşsə, qiymətlərdə olan problemlər də həllini tapacaq.

Hesab edirəm ki, Rusiya-Ukrayna gərginliyi bu ayın sonuna kimi davam edə bilər. Amma Türkiyə, Azərbaycan, İsrail dövləti bu gərginliyin azalması istiqamətində çox ciddi işlər görürlər”.

Millət vəkili Novruz bayramı ərəfəsində süni qiymət artımına da diqqət çəkib: “Həmişə bayramdan bir həftə qabaq qiymətlər artır. Bu, artıq süni qiymət artımıdır. Bununla əlaqədar Nazirlər Kabinetinin geniş iclası keçirildi. Baş nazir göstəriş verdi ki, İqtisadiyysat Nazirliyi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinqlər aparırlar. Onlar da çalışırlar ki, belə süni qiymət artımlarının qarşısını alsınlar və qiymətlər stabil olaraq qalsın. Lakin bayram ərəfəsində süni qiymət artımı çox olmasın deyə monitoriqləri bir qədər çoxaltmaq lazımdır. Düşünürəm ki, Azərbaycan hökuməti indiki vəziyyəti nəzərə alaraq qiymət siyasətini həmişə nəzarətdə saxlayacaq”.

Deputat taxılla bağlı narahatlıqlardan da danışıb: “Bu gün insanları narahat edən məsələ, əsasən, taxılla bağlıdır. Amma Azərbaycan təkcə Rusiyadan taxıl almır, həmçinin Qazaxıstan, Pakistandan da taxıl idxal edir. Lakin əsas odur ki, Azərbaycanın ehtiyatı kifayət qədərdir, hardasa 53 milyard dollara yaxındır. Amma istənilən halda digər ölkələrdən də taxıl ala bilərik. Yəni elə ciddi bir problem olmayacaq. Hələ müharibə başlamazdan əvvəl dövlətimizin başçısı Humanitar Ehtiyatlar Agentliyi yaratdı, o cümlədən taxılla əlaqədar tapşırıqlarını da verib. Çörək, taxıl, un ilə əlaqədar, düşünmürəm ki, Azərbaycanda problem yaransın. Vəsaitimiz var və istənilən yerdən biz istənilən məhsulu gətirə bilərik”.

Həmçinin oxuyun

“Maxi.az”-ın iqrçiliyi təbliğ edən reklamı…

PR mütəxəssisi Vüqar Babanın sözlərinə görə, 25 may bir sıra Afrika ölkələrində Avropa müstəmləkəçiliyindən azad …