Çərşənbə , İyun 19 2019
Ana səhifə / İqtisadiyyat / “Azərbaycanda bu tipli məhsulların ixracına böyük ehtiyac var” – EKSPERT

“Azərbaycanda bu tipli məhsulların ixracına böyük ehtiyac var” – EKSPERT

2019-cu ildə Azərbaycan-İran avtomobil zavodu “Xəzər” Rusiyaya və digər MDB ölkələrinə ixraca başlamağı planlaşdırır. Bununla bağlı artıq keçirilən sərgidə “Khazar KD” və “Khazar SD” moedelləri təqdim edilib. İndiyədək artıq 300 avtomobil buraxılıb. 
Hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Moderator.az-a açıqlamasında bunun ölkəmiz üçün çox faydalı olacağını bildirib:
“Azərbaycan avtomobilləşmənin inkişaf mərhələsindədir. Dünyadakı avtomobilləşmə səviyyəsini əsas götürsək bizdə fərdi avtomobillər 12 faizdir. Ona görə də bizdə avtomobilləşmə hələ irəlidədir. Avropa ölkələrinin çoxunda avtomobilləşmə təxminən 60-70 faizdir. Bu tələbatın sözsüz ki, müəyyən hissəsini bu zavod ödəyəcək. Qiymətlər münasib olsa, müəyyən qrup insanlarda bu avtomobilə marağı artıracaq. Amma buna baxmayaraq xaricdən yenə bahalı avtomobillər gətiriləcək. İxrac edə bilsələr yaxşı olar, çünki bu gün Azərbaycanda bu tipli məhsulların ixracına böyük ehtiyac var. Bu birbaşa dövlətin və cəmiyyətin iqtisadi maraqlarıdır. Bizim ixrac etdiyimiz avtomobillərdən daxil olan valyutanın bir hissəsi də büdcəmizə köçürüləcək. Dünyanın məşhur avtomobil markaları ilə rəqabətə girib və həmin rəqabətə dözüb xarici bazarda az da olsa özlərinə yer tuta bilsələr, bunu alqışlamaq lazımdır. Bu, Azərbaycanın iqtisadi uğuru olar. Bizim ölkədə əsasən neft və qazdan başqa kənd təsərrüfatı məhsulları və xammal ixrac edirik. Bu tipli ağır sənaye məhsullarımız dünya bazarında yox dərəcəsindədir. Ölkəmiz dünya bazarında belə məhsullarla çıxa bilsə, bu bizim uğurumuzdur”.

Həmçinin oxuyun

Prezident maaşları bir ildə 3 dəfə qaldırdı – İnfoqrafika

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi cari ilin yanvar ayından etibarən sosial sahədə baş verən …