Cümə , Oktyabr 23 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda bu şəxslərin sabit vergi məbləği azaldıldı

Azərbaycanda bu şəxslərin sabit vergi məbləği azaldıldı

Fərdi qaydada foto xidmətləri göstərən şəxslərin aylıq sabit vergi məbləği azaldılıb.

Bu barədə məlumat “Vergi Məcəlləsi”nə edilən dəyişikliklərdə öz əksini tapıb.

Yeni qaydalar yanvar ayının 1-dən etibarən qüvvəyə minib.

Dəyişikliklərə əsasən, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manatdan 15 manata endirilib.

Buna əsasən, fərdi foto xidmətləri göstərən fiziki şəxslər 15 manat məbləğə Bakı şəhərində 2 əmsal tətbiq etməklə 30 manat (əvvəllər 60 manat), Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1,5 əmsal tətbiq etməklə 22,5 manat (əvvəl 45 manat), Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində – 1,0 əmsalı tətbiq etməklə 15 manat (əvvəl 30 manat), digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5 əmsal tətbiq etməklə 7,5 manat (əvvəl 15 manat) sabit vergi ödəyəcək. oxu.az

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …