Şənbə , Sentyabr 23 2023
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda bu məhsullar ucuzlaşdı – Siyahı

Azərbaycanda bu məhsullar ucuzlaşdı – Siyahı

Dünyada son bir ildə ərzaq qiymətlərində 11,8 faiz enmə müşahidə edilib.

BMT-nin məlumatına əsasən, bu dövrdə ət və ət məhsulları 5,4 faiz, süd və süd məhsulları 22,4 faiz, taxıl məhsulları 14,1 faiz, bitki yağları 23 faiz ucuzlaşıb.

Son bir ildə yalnız şəkər bahalaşıb. Şəkərin qiyməti 34 faizdən çox yüksəlib.

Ərzaq qiymətlərində enmə aylıq müqayisədə də baş verib. Avqustda ərzaq qiymətləri 2,1 faiz azalıb.

Azərbaycanda adıçəkilən əsas məhsullardan yalnız buğda və buğda ununun qiymətində, həmçinin çörəkdə ucuzlaşma var.

Digər məhsullarda isə nəinki ucuzlaşma müşahidə edilir, əksinə, qiymətlər bir qədər də artıb./Sfera.az

Həmçinin oxuyun

“ATEF Şirkətlər Qrupu”nun borcu 11 milyona yüksəldi

“ATEF Şirkətlər Qrupu”nun son 3 ayda dövlətə olan vergi borcu 1 milyon manata yaxın artıb. Qaynarinfo-nun …