Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda bu məhsullar bahalaşdı

Azərbaycanda bu məhsullar bahalaşdı

Azərbaycanda qızıl, gümüş və platin külçələrin qiyməti bahalaşıb.
Mərkəzi Bankın bu günə elan etdiyi göstəricilərə əsasən, ucuzlaşma yalnız palladiumda müşahidə edilib.
Göstəricilərə əsasən, qızılın unsiyası ötən bir gün ərzində 22,3465 manat bahalaşaraq, 2049,945 manata yüksəlib. Gümüşün bahalaşması 0,3436 manat olub və hazırda rəsmi dəyəri 25,1116 manata yüksəlib.
Platinin qiyməti isə 9,979 manat artaraq, 1414,655 manat olub. Yalnız palladium 8,959 manat ucuzlaşıb və Mərkəzi Bankın ticarət dəyəri 1797,5885 manata düşüb.
Qeyd edək ki, bank metallarına qızıl, platin, gümüş və platin qrupuna daxil olan qiymətli metallar daxildir. Bu metallar beynəlxalq standartlara uyğun yüksək əyar göstəricisinə (999,9) qədər təmizlənmiş (affinaj edilmiş) və keyfiyyət sertifikatına malik olan qiymətli metalların külçələri (standart və ölçülmüş külçələr), Azərbaycan Respublikası və digər dövlətlər tərəfindən tədavülə buraxılan və öz nominal dəyərindən fərqli qiymətə satıla bilən qiymətli metallardan hazırlanmış sikkələrdir.
Troya unsiyası – kütlənin ölçmə vahididir və 31,1034768 qrama bərabərdir.

Həmçinin oxuyun

Azərbaycan düyü idxalını 17 % artırıb

Ötən il Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində 56,9 min ton düyü idxal edib. “Report” Dövlət …