Bazar , Yanvar 17 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda barama istehsalı son 20 ilin rekordunu qırdı

Azərbaycanda barama istehsalı son 20 ilin rekordunu qırdı

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 514 ton barama istehsal olunub ki, bu da ötən ilki göstərici ilə müqayisədə 2,1 dəfə çoxdur.
Bu, son 20 il ərzində Azərbaycanda barama istehsalının ən yüksək göstəricisidir.
Ümumilikdə, bu ilin 11 ayı ərzində ölkədə kənd təsərrüfatı məhsullarının istehsal həcmi real qiymətlərlə 6,6 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 4,6 faiz çoxdur.
Hesabat dövründə heyvandarlıq sektorunda istehsalın həcmi 2,7 faiz (3,5 milyard manata qədər), bitkiçilik sahəsində isə 6,6 faiz (3,1 milyard manata qədər) artıb. (Trend)

Həmçinin oxuyun

Azərbaycan düyü idxalını 17 % artırıb

Ötən il Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində 56,9 min ton düyü idxal edib. “Report” Dövlət …