Cümə , İyul 30 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda banklararasıvalyuta kreditləri ucuzlaşıb

Azərbaycanda banklararasıvalyuta kreditləri ucuzlaşıb

Azərbaycanda xarici valyutada ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi illik 4,93% təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabata əsasən, xarici valyuta ilə banklararası kreditlər üzrə orta faizlərdə 2,2 dəfə və ya 5,78 faiz bəndi ucuzlaşma qeydə alınıb. Belə ki, 2017-ci il dekabrın 1-nə bu kreditlərdə orta faiz illik 10,71% təşkil edib.

Qeyd edək ki, 2018-ci il yanvarın 1-nə manatla banklararası kreditlər üzrə orta faiz isə illik 11,80% olub, bu da aylıq müqayisədə 3,91 faiz bəndi artım olmasını göstərir.

Həmçinin oxuyun

Bakıda evlərin qiymətini qaldıran 3 səbəb hansılardır? – ŞƏRH

Ötən gün mənzil probleminin gündəmi zəbt etdiyi bir vaxtda Bakı şəhərində və yaxın ərazilərdə yeni …