Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda banklar kredit kampaniyalarını dayandırdılar

Azərbaycanda banklar kredit kampaniyalarını dayandırdılar

Azərbaycan bankları ötən həftədən etibarən kredit kampaniyalarını maksimum məhdudlaşdırıblar.

Buna səbəb dollar alışlarına tələbatın kəskin artması olub. Banklardan bildirilib ki, dollar almaq istəyən bəzi müştərilər hətta kreditə ehtiyac olmayanda da banka müraciət edərək kredit alıb elə oradaca dollara çevirməyə çalışıblar.

Başqa sözlə, belə müştərilərə dollar almaq üçün də pul xərcləmək lazım olmayıb – elə kredit götürüb, bankda dollara çevirib, bankı tərk ediblər. Bu vəziyyət dollara tələbatı bir qədər də artırdığına görə, bankların əksəriyyəti kredit kampaniyalarını dayandırıblar. Hətta yenicə kredit kampaniyası elan etmiş bəzi banklar bir neçə gün sonra kampaniyaya müvəqqəti son veriblər.

Banklardan bildirilib ki, kredit kampaniyalarına bayram günlərindən sonra və ya apreldən start verilə bilər.

Bundan başqa, Mərkəzi Bank da banklara istehlak kreditlərini bir qədər məhdudlaşdırmağı tövsiyyə edib. Bu usullar manat kütləsinin bir qədər məhdudlaşdırılması və dollara tələbatı azaltmaq məqsədi daşıyır. /fed.az

Həmçinin oxuyun

Suvarma şirkətini BNA ilə nə bağlayır: 3,6 milyonluq tender (SƏNƏD)

Bakı Nəqliyyat Agentliyi marşrut xətlərinin planlaşdırılması, qrafik üzrə idarə olunması üçün proqram təminatının alınmasına dair …