Şənbə , Oktyabr 23 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda avtomobillər bahalaşdı – VİDEO

Azərbaycanda avtomobillər bahalaşdı – VİDEO

Bu günlərdə ölkədə benzinin qiymətinin yenidən artırılması maşın bazarına da təsir edib. 

Dörd gün öncə benzinin qiymətindəki növbəti artım maşın bazarında alıcıların və satıcıların sayında dəyişikliyə səbəb olmasa da, qiymətlərdə və maşınların markasına görə təlabat çəkisində fərqlər yaradıb.

“Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətinin artımı maşın bazarında “Aİ-95″lə işləyən avtomobillərin bahalaşmasına səbəb olub. 

Bahalı benzinlə işləyən avtomobillər isə ciddi şəkildə alıcı itirib. Satıcılar da təsdiq edir ki, artıq alıcılar daha çox ucuz benzinlə işləyən avtomobillərin satışı ilə maraqlanır.

Həmçinin oxuyun

Ən çox borcu olan ölkələr – SİYAHI

Avropa İttifaqının rəsmi statistika qurumu olan “Avrostat” birliyin ən borclu ölkələrinin siyahısını dərc edib.Məlum olub …