Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / İqtisadiyyat / “Azərbaycanda aqrar sahə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub” – ŞƏRH

“Azərbaycanda aqrar sahə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub” – ŞƏRH

Ötən il olduğu kimi, bu il də aqrar sahədə müsbət inkişaf dinamikası müşahidə olunur. 

Bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov 2019-cu ildə qurumun qarşıya qoyduğu vəzifələr və strateji hədəfləri barədə məlumat verərkən deyib.

Onun sözlərinə görə, aqrar sahədə görülən işlər fermerlərin işini asanlaşdırmaqla, bazarda azad və ədalətli rəqabət mühitinin yaradılmasına xidmət edir:

“Fermerlər üçün xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq məqsədilə nazirliyin rayon idarələrinin bazası əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıb. Bu mərkəzlər əvvəlki kənd təsərrüfatı idarələrindən fərqli olaraq, xidmət qurumu funksiyasını həyata keçirirlər. DAİM-lərdə “vahid pəncərə” prinsipi əsasında fermerlərə məsləhət-informasiya xidməti göstərilir. Hazırda fermerlər DAİM-lərdə 70-ə yaxın xidmətdən yararlana bilərlər”.

V.Hüseynov qeyd edib ki, fermerləri narahat edən məsələlərin aradan qaldırılması, tələblərin müəyyənləşməsi üçün onlarla tez-tez görüşlər təşkil edilir:

“Bu görüşlər həm müşavirə, həm də açıq sahələrdə müzakirələr formatında keçirilir. Bilirsiniz ki, artıq bütün rayonlarda və nazirliyin Aparatında Fermer şuraları yaradılıb. Bu şuralar rayonlarda fermerlərin üzləşdiyi çətinlikləri müəyyənləşdirir, təklifləri formalaşdıraraq nazirliyə təqdim edir. Biz, eyni zamanda, assosiasiyaların yaradılmasına önəm veririk. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə son altı ay ərzində müxtəlif istiqamətli çoxsaylı assosiasiyalar yaradılıb. Aqrar sahəyə gənclərin marağını artırmaq məqsədilə Aqrar İnkişaf Könüllüləri təşkilatı təsis olunub, təşkilat öz sıralarında minlərlə gənci birləşdirir”.

Şöbə müdiri səmərəli idarəetməni təşkil etmək məqsədilə nazirlikdə institusional islahatların aparıldığını bildirib:

“Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı fərman əsasında nazirliyin tabeliyində fəaliyyət göstərən dörd qurum ləğv olundu, onların əsasında Aqrar Xidmətlər Agentliyi yaradıldı. Eyni zamanda, aqrar sahədə trendləri müəyyənləşdirmək, fermerlərə tövsiyələr hazırlamaq, aqrar-dataları formalaşdırmaq üçün Aqrar Tədqiqatlar Mərkəzi fəaliyyət göstərir.

Agentlik baytarlıq, fitosanitar, toxum müfəttişliyi və texniki nəzarət xidmətləri üzrə çevik və səmərəli idarəetməni də təmin edəcək. “Aqrar Tədarük və Təchizat” ASC-nin yaradılması, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna publik hüquqi şəxs statusu verilməsi, Aqrar Kredit və İnkişaf Agentliyinin formalaşdırılması cənab Prezidentin aqrar sahədə apardığı islahatların yalnız bir hissəsidir. Görülən işlər ölkəmizdə aqrar sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edib”.

Həmçinin oxuyun

Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tətqiqatlar Mərkəzinin hesablamalarına görə, Ermənistanın işğalı nəticəsində Azərbaycanın kənd təsərrüfatına 20 …