Şənbə , Yanvar 16 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda 5 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur

Azərbaycanda 5 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu il aprelin 1-nə öhdəlikləri 1 milyard manatdan çox olub.
Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (7 478,831 milyon manat), “PAŞA Bank” (4 286,681 milyon manat), “Kapital Bank” (3 912,41 milyon manat), “Xalq Bank” (1 861,659 milyon manat) və “Bank Respublika”dır (1 263,517).
Öhdəliklərin məbləği 20 bankda 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır. 

Həmçinin oxuyun

Mərkəzi Bank Prezidentin tapşırığını icra etmir və qanunsuz fəaliyyət göstərir

“Özünə 218 milyon avro qiyməti olan bina tikdirən Mərkəzi Bank artıq 1 ildən çoxdur ki, …