Çərşənbə , İyul 8 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda 15,2 milyon ton neft hasil edilib

Azərbaycanda 15,2 milyon ton neft hasil edilib

Bu ilin yanvar-may aylarında Azərbaycanda 15,2 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 463 min ton az olub.

Məlumata əsasən, respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 10,5 mln. tonu “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları bloku, 1,6 mln. tonu (kondensat) “Şahdəniz” qaz-kondensat yatağının payına düşüb. Hesabat dövrü SOCAR üzrə hasilat isə 3,1 mln. ton təşkil edib.

Həmçinin oxuyun

ADIF-in ölkə Prezidenti qarşısında öhdəliyi ləğv edildi

Prezident İlham Əliyev “Əmanətlərin sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.Dəyişikliyə əsasən, Azərbaycan Əmanətlərin …