Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda 140 dövlət müəssisəsinin 10 mln. manatadək vergi borcu silinə bilər

Azərbaycanda 140 dövlət müəssisəsinin 10 mln. manatadək vergi borcu silinə bilər

Azərbaycanda 140 dövlət müəssisənin əmlak və torpaq vergisi üzrə borcu silinəcək. 

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov “Report”a bildirib ki, ümumilikdə, 10 mln. manatlıq vergi borcu nəzərdə tutulur.

Məlumata görə, bu, Prezident İlham Əliyevin “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanunun tətbiq edilməsi barədə imzaladığı fərmanla qüvvəyə minib.

Yeni fərmana görə, müəssisə özəlləşdirildiyi tarixdən etibarən sahibkar 2019-cu ilin martın 1-dək olan borcunun 30%-ni il müddətinə, 50%-ni 2 il müddətinə və 70%-ni isə 3 il müddətinə ödəyərsə, borcun yerdə qalan hissəsi silinəcək.

Q.Xəlilov deyib ki, bu prosesdə iştirak edəcək müəssisələrin sayı artıb-azalada bilər.

Fərmana görə, bu qanun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının (müəssisələrinin) bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək.

Həmçinin oxuyun

Nazir tender “kralı” ilə 4.3 milyonluq müqavilə bağladı – Təmir üçün

Mədəniyyət Nazirliyi  “İnpeks.N” MMC ilə “cari təmir işləri” və “əsaslı təmir işləri”nin həyata keçirilməsi üçün …