Cümə , Aprel 12 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda ən çox maaşı onlar alır – Siyahı

Azərbaycanda ən çox maaşı onlar alır – Siyahı

2024-cü il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5250,2 min nəfər olmuş, onlardan 4963,5 min nəfərini məşğul əhali təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, cari il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1741,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 899,1 min nəfər, qeyri-dövlət sektorunda isə 842,7 min nəfər təşkil edib. İqtisadiyyatın neftqaz sektorunda 31,4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1710,4 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 6,5 faizi tikintidə, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

2023-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilə nisbətən 11,2 faiz artaraq 933,8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3492,0 manat, qeyri neft-qaz sektorunda 885,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 904,0 manat, özəl müəssisələrdə isə 966,0 manat olub.

2023-cü ildə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat)

Teleqraf.com

Həmçinin oxuyun

Azərbaycanda orta aylıq əmək haqqı neçə faiz artıb?

Bu ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin …