Cümə axşamı , İyul 7 2022
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda ƏDV ilə bağlı yeni xəbər – VİDEO

Azərbaycanda ƏDV ilə bağlı yeni xəbər – VİDEO

Bu xəbərimiz daha çox kitabsevərlərin üzünü güldürəcək. Çünki, bəzi kağız məhsullarının əlavə dəyər vergisindən azad edilməsi barədə təsdiqlənmiş siyahıda dərs vəsaitləri, həmçinin, kitablar da yer alır. Demək ki,  sözügdən məhsulların qiyməti  ucuzlaşa bilər.

Cari ilin əvvəlindən təsdiq edilmiş qərara əsasən bəzi kütləvi informasiya vasitələri məhsullarının və kitabların əlavə dəyər vergisindən azad olunmasından demək olar ki, bir çox vətəndaşın xəbəri var. Bu siyahıyada hansı məhsulların olduğunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti açıqlayıb. Bildirilib ki, tam siyahı Nazirlər Kabinetinin qərarı ilə bu ay təsdiq edilib.

Siyahıya qəzet kağızları, şəkil kağızları və xəritələrlə yanaşı, kitab və digər dərs vəsaitləri də daxildir. Bu isə sözügdən məhsulların ucuzlaşmasına gətirib çıxarır ki, bu da oxucu sayının artması ilə yanaşı kitab bazarındakı canlanmaya səbəb ola bilər.

Müvafiq məhsulların siyahısı təsdiq olunan tarixədək olan dövr ərzində vergi ödəyiciləri tərəfindən idxal edilmiş həmin məhsullara görə gömrük orqanlarına ödənilmiş və əvəzləşdirilmiş ƏDV məbləğləri bərpa olunmur və əvəzləşdirmələr vergi orqanları tərəfindən nəzərə alınır.

Həmçinin oxuyun

Balçılar istehsal etdiyi məhsulu niyə sata bilmir? – ŞƏRH

Son illərdə Azərbaycanda balçılıq təsərrüfatlarının sayı artıb. Ancaq paralel olaraq onların problemləri də çoxalıb. Əkin …