Bazar , Noyabr 29 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycana taxıl idxalı: Nə vaxtadək asılı qalacağıq? – ŞƏRH

Azərbaycana taxıl idxalı: Nə vaxtadək asılı qalacağıq? – ŞƏRH

Azərbaycana buğda idxalı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə,  2018-ci ilin yanvar-avqust aylarında Azərbaycana 731 min ton buğda idxal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 20,4% çoxdur. İdxal olunan buğdanın ümumi dəyəri 130 milyon 955,8 min dollar (artım 16,4%) təşkil edib. Məlumdur ki, illərdir buğda istehsalının səviyyəsinin artırılması və tələbatın 100 faizi yerli istehsal sayəsində ödəniləcəyi haqda açıqlamalar verilir.Həmçinin, bu sahə dövlətin diqqətində olan və subsidiya ayrılan sahələrdəndir.

Buna baxmayaraq, hər il buğda idxalına görə milyonlarla vəsait xarici ölkələrə axır. Bu il isə göründüyü kimi, xaricə axan valyutanın məbləği təqribən 131 milyona yaxındır.

Buğda istehsalı sahəsində ölkəmizdə hazırkı durum necədir, bu sahədə idxaldan asılılığın azalması üçün potensial varmı?

“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Cumhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Statistika Komitəsi və Dövlərt Gömrük Komitəsinin məlumatlarında uyğunsuzluq var:

 

“Bu sahəyə 100 milyonlarla vəsaitin ayrılmasına baxmayaraq, hər il idxalın həcmi artır. Nazirliyin açıqlmalarında daxili istehsalın səviyyəsi şişirdilir.Ümumilikdə taxıl istehsalının səviyyəsi 2 milyon tona yaxındır.2 milyon taxılın da idxal olunduğu bildirilir.Tələbat 3 milyon tondursa, bəs, 1 milyon ton necə olur?Son 5-10 ildə rəqəm uyğunsuzluğu müşahidə olunur.Digər tərəfdən, bu qədər vəsaitin ayrılmasının qarşısında idxal azalmaqdansa artır”.

Elçin Bayramlı həmçinin qeyd edir ki, Kənd Təsərrüfatı Nazirliyi məhsuldarlığın artdığını da bəyan edir ki, bu da göstəricilərə ziddir.   Ekspertin fikrincə, ölkəmizdə buğda istehsalının həcminin artırılması üçün potensial var:

“Əlverişli torpaq fondu, iqlim şəraiti var. Amma bizim Taxıl Fondu yerli buğdanı almır. Mən həmişə bu məsələni qabartmışam.Keyfiyyəti əsas gətirirlər.Amma necə olur ki, 100 ildi Azərbaycanda ərzaq buğdası standartlara cavab verirdi, amma indi vermir?Məhz Qazaxıstan və Rusiyanınkı standartlara cavab vermir.Güman ki, bu idxalçılara sərf eləmir”.

Elçin Bayramlı deyir ki, taxıl riskli bitki hesab olunur:

“Bütün dünyada bu sahəyə subsidiyalar ayrılır. Bizdə Taxıl Fondu bunu götürmürsə, niyə əkilməlidir?Yerli təsərrüfatlarda əkilən məhsulu xaricə ixrac etmək də sərf etmir.Fermerlər məcbur olub, onu yem kimi satırlar.Belə olduğu üçün təbii ki, istehsal azalacaq, idxal artacaq.Ölkənin valyutası da boş-boşuna xarici ölkələrə gedəcək”.

Ekspert hesab edir ki, Taxıl Fondu bununla bağlı açıqlama verməlidir.İctimaiyyətə açıqlamalıdır ki, konkret hansı növlər əkilir və nəyə görə yararlı deyil.

Həmçinin oxuyun

Dekabrın 4-də vaxt başa çatır: Nə olacaq? – ŞƏRH

2020-ci ilin sentyabr ayının sonu ilə müqayisədə oktyabr ayında fiziki şəxslərin (əhalinin) banklardakı müddətli əmanətləri …