“Ötən il xaricdən Azərbaycana göndərilən vəsaitlərin həcmində yüz faizə yaxın artım müşahidə olunmuşdu. Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar orada yaşayan soydaşlarımız kapitalını çıxardıb daha sabit olan Azərbaycana gətirirdilər. Bu da ölkəyə köçürülən vəsaitin həçmini artırırdı. Ancaq bu il Azərbaycana xarici ölkələrdən pul köçürmələrində ciddi azalma müşahidə edilir. Sözsüz ki, ölkəyə pul köçürmələrinin azalması gözlənilən bir proses idi”.
Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.Onun sözlərinə görə, Azərbaycana köçürülən vəsaitin həcminin azalmasına səbəb Rusiya-Ukrayna müharibəsidir:
“Artıq Rusiya iqtisadiyyatında geriləmə baş verib. Orada yaşayan soydaşlarımızın gəlirləri də azalmağa başlayıb. Əgər Rusiya-Ukrayna müharibəsi başa çatmasa, bu proses mənfiyə doğru gedəcək. Sözsüz ki, bu, ölkəmizin iqtisadiyyatına, əhalinin durumuna mənfi təsir göstərir. Belə ki, ölkəmizə pul köçürmələri daha çox bəzi region sakinlərinin payına düşürdü. Ona görə də pul köçürmələrinin azalmasının onlara təsirini müşahidə edəcəyik”.