Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycana içki idxalı 10% artıb

Azərbaycana içki idxalı 10% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 20,014 mln. ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edib.

Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,266 mln. dollar və yaxud 19,5% çoxdur.

Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,2%-ni təşkil edib.

11 ay ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 59,874 mln. dollar olub. Bu isə 1 il əvvələ nisbətən 5,472 mln. dollar və yaxud 10,1% çoxdur.

Spirtli və spirtsiz içkilər ölkənin ümumi idxalında 0,8%-lik paya malik olub.

Həmçinin oxuyun

Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq

Azərbaycanın işğaldan azad etdiyi ərazilərin böyük iqtisadi potensialı var. Bu ərazilər həm aqrar üstünlüyü, həm …