Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / İqtisadiyyat / “Azərbaycana elektrik mühərrikli avtomobillər gətirilməlidir” – Deputat

“Azərbaycana elektrik mühərrikli avtomobillər gətirilməlidir” – Deputat

Azərbaycana elektrik mühərrikli avtomobillərin gətirilməsi və ya ölkədə istehsalı ilə bağlı müəyyən addımlar atmağa ehtiyac var”.

Bunu deputat Asim Mollazadə noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ətraf mühitə ən çox zərər vuran avtomobillərdir: “Azərbaycanda elektrik mühərrikli avtomobillərin həm idxalı, həm də istehsalı ilə bağlı müəyyən addımlar atılmalıdır. Hesab edirəm ki, Gəncə Avtomobil Zavodunda ictimai nəqliyyatda istifadə olunan elektrik mühərriklərinin istehsalı üçün imkan var. Burada dövlət tərəfindən də müəyyən dəstək ola bilər. Elektrik mühərrikli avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı güzəştlər müəyyən edilərsə, bu da bir stimul ola bilər. Əgər biz özümüz hələlik bunu istehsal edə bilmiriksə, ölkəyə idxalını stimullaşdırmalıyıq”. Report

Həmçinin oxuyun

İran Xəzər dənizindəki yataqları niyə istifadə etmir? – TƏHLİL

Bu yaxınlarda Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr …